Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır

0

  •           12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabırın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabırın 27-də qüvvəyə minib.1995-ci ildə qəbul olunmuş Konistitusiya müstəqil Azərbaycanın ilk,ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konistitusiyasıdır.Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konistitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: ”Biz ele bir layihə hazırlamalı və nəhayət, elə bir Konistitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasını demokraik prinsiplər əsasında uzun müddət sabit yaşamsını təmin edən əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü- ali icra, qanunvericilik məhkəmə hakimiyyəti-bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası formalaşdırıldı. Komisiyanın hazırladığı bitkin, əhatəli konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konistitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Konistitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi,dünyəvi dövlət quruculuğu prosesinə huquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün – noyabırın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi.Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya dəyişiklik edildi.      Beləliklə, Azərbaycan Respublikasının Konistitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.Aynur Bünyatova,Xocaı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    Milli Konstitusiyamız bu gün çiçəklənən inkişaf edən Azərbaycanımızın yollarına işıq salır

    Maraqlı gələ bilər
    54